Alumni Voices – Jamila Aliyeva

JAMILA ALIYEVA

MA student at Istanbul Bilgi University / Manchester University

Major: International Relations / Education and Communication

UGRAD alumna 2009-2010

Graceland University, Iowa, USA

Major: International Relations

UGRAD year is a meaningful period of my life. I resemble it to a tree. It started in the fall when the tree had roots but no blossoms and ended in May when the tree blossomed. Each blossom was a valuable acquired skill and gave a harvest. UGRAD was a productive year which allowed me to learn and explore. Now the blossoms are floating and looking for other opportunities.

When I was applying to the UGRAD program I mentioned how it will open new page in my life. It surely did! It started with completely blank page and got full of adventures, skills, knowledge, friendship, and worldview. Every day was a day full of new possibilities. As each bright day held surprises I decided to write about every single thing I did and then collected them altogether in a book called “USA through my eyes”. Today when I read the book it takes me to the precious years and I see how much I have improved since then.

UGRAD opened many closed paths for me and showed brighter parts of the world. This experience gave me roots and assisted me in daily professional and personal growth. I socialized with different people from various backgrounds and as well as presented my culture and country. I was successful in fulfilling my long waited desire of representing Azerbaijan, its national and cultural values, history and rich identity by making presentations, printing articles on newspapers and talking about it in every coming chance. US were a place with relaxed, free and direct people. It was the time when I started to feel relaxed, not to get ashamed speaking in public and express my thoughts directly and clearly. A year living by myself I learned how to be independent. I became more skillful on problem solving, budget organizing, time management and decision making. UGRAD program helped me to break obstacles and stereotypes in my community which is very conservative and doesn’t accept girls studying abroad. I became stronger, mature and more confident.

CƏMİLƏ ƏLİYEVA

Magistr tələbəsi: Istanbul Bilgi Universiteti/ Mançester Universiteti

İxtisas: Beynəlxalq Münasibətlər/ Təhsil və Kommunikasiya​

UGRAD proqramı məzunu, 2009-2010

Graceland Universiteti, Ayova ştatı, ABŞ

İxtisas: Beynəlxalq Münasibətlər

UGRAD proqramı çərçivəsində təhsil aldığım dövr deyərdim ki, həyatımın ən mənalı, məhsuldar və əvəzolunmaz anlarından biridir. Mən bu dövrdəki təcrübəmi payız fəslində başladım və yaz fəslində bitirdim, bu baxımdan onu ağaca bənzədirəm necə ki, payızda ağaclar çiçəksiz olur lakin yazda isə artıq tumurcuqlanmağa başlayır. UGRAD təcrübəm də eynilə belə oldu! Çox sürətli şəkildə az təcrübədən çox zəngin təcrübəyə doğru irəlilədi. Əldə olunan hər bir nailiyyət çox dəyərli idi və artıq bəhrəsini verməyə başlamışdı. Amerikada təhsil aldığım dövr mənə yeni biliklər kəşf etməyə və yiyələnməyə imkan yaratdı. Məhz Amerikada qazandığım təcrübənin nəticəsi olaraq peşəkar fəaliyyətimdə çox dəyərli imkanlarla qarşılaşdım və hətta hələ də Graceland Universitetində qazandığım təcrübəm mənə yeni imkanlar kəşf etməkdə yardımçı olur.

UGRAD proqramına müraciət etdiyim zaman qeyd etmişdim ki, bu təcrübə mənim həyatımda tamamilə yeni bir səhivə açacaqdır. Bu fikrimdə yanılmadığıma bir daha əmin oldum. Bəli, UGRAD proqramı yeni bir səhivə açmaqla yanaşı həmin ağ səhivələri nailiyyətlərlə, biliklərlə, dostluqlarla, dünya görüşü ilə və bir çox zəngin bacarıqlarla yazmama imkan yaratdı. Amerikada təhsil aldığım hər gün yeni imkanlarla dolu və məlumatlarla zəngin idi. Mən qeyd edə bilərəm ki, Amerikada təhsil aldığım dönəmdə elə bir gün yox idi ki, yeni dəyərli məlumat əldə etməyim. Gördüyümdə ki, bu ölkədə hər gün yeni zəngin imkanlarla qarşılaşıram bunları qələmə almağa başladım və ölkəm Azərbaycana geri döndükdən sonra qeyd etdiklərimi “Amerika mənim gözlərim ilə” adlı bir kitab toplusu şəklində cəmləşdirdim. Kitabı həm mənə geri dönüb baxdığımda nələri öyrəndiyimi və eləcə də o dövrdən bu dövrə nə kimi nailiyyətlər qazanmağımı görməyə bələdçilik etmək üçün və həm də xaricdə təhsil almaq istəyən gəncləri bunun mümkünlüyünə inandırmağa səsləyərək, motivasiya yaratmaq uçun yazdım.

UGRAD proqramı yeni uğurlu qapılar açaraq mənə dünyanın ən işıqlı tərəflərini göstərdi və zəngin mənbələrin, uca zirvələrin əlçatmaz olmadığını sübut etdi. Bu təcrübə fundamental biliklərimi möhkəmlədərək, həm şəxsi həm də peşəkar cəhətdən şəxsiyyət kimi formalaşmağımda həlledici nöqtə oldu. Amerikada təhsil almaq sadəcə amerikanlarla ünsiyyət qurmaq demək deyildi. Orada müxtəlif millətlərdən olan insanlarla şəbəkələşmə imkanı əldə etdim.

Amerikada insanlar çox rahat, sərbəst, komplekssiz idilər ve fikirlərini birbaşa ifadə etməkdən çəkinmirdilər. Orada olduğum müddətdə geniş auditoriya qarşısında çıxış etmək bacarığını, müstəqil şəkildə idarə ediciliyi öyrəndim. Problem həll etmək, qərar vermək, büdcə idarə etmək və vaxtın necə idarə edilməsi bacarıqlarımı inkişaf etdirdim. Həmçinin çox konservativ fikirli cəmiyyətimizdə stereotipləri qıraraq qadınların da xaricdə oxuya biləcək gücə sahib olduğunu sübut etdim. Bu təcrübə məni daha da güclü və özünəinamlı edərək kamilləşdirdi. Həmçinin hər zaman yerinə yetirmək istədiyim arzuya nail oldum-vətənimi təmsil etdim. Azərbaycanı ölkədən kənarda müxtəlif millətlər arasında layiqincə təmsil etdim və bacardığım qədər milli mənəvi dəyərlərimizi, tariximizi, zənginliyimizi bir çox təqdimatlar edərək, qəzetlərdə məqalələr dərc etdirərək və eləcə də gündəlik həyatda hər fürsətdə tanıtmağa çalısdım.