Cartoon and Book Festival for Children on June 26th, 2016

Wed, 06/22/2016 - 12:44

Uşaqlar üçün Çizgi Filmləri və Kitab Festivalı təşkil olundu

“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “ABŞ-da Təhsil Almış Məzunlar” ictimai birliyinin və “Level Up School of Professional Studies and Business” Təhsil Şirkətinin təşkilati dəstəyi ilə 26 - 27 iyun 2016-cı il tarixlərdə Uşaqlar üçün Çizgi Filmləri və Kitab Festivalı təşkil olundu. Qeyd olunmalıdır ki, Festivalın təşkil olunmasına “Bakcell”,  və “Hesab.az” şirkətləri yaxından dəstək göstərmiş və Festivalın həyata keçirilməsi üçün müxtəif fəaliyyətlərin təşkil olunmasına sponsorluq etmişlər.

Layihənin məqsədi - Uşaqlar və onların valideyinləri arasında milli çizgi qəhramanlarını və oxu mədəniyyətini təbliğ etməklə onların intellektual, sosial və mədəni inkişafına dəstək olmaq, eyni zamanda, bu layihə vasitəsi ilə uşaqlar və valideyinlər arasında korporativ sosial məsuliyyət daşıyan biznes qrumları haqqında məlumatlılıq səviyyəsini artırmaq idi.

Festivalda 6-16 yaş həddində olan 100-dən artıq Azərbaycanlı uşaqlar və onların valideyinləri iştirak etdilər. Qeyd olunan layihəni həyata keçirməklə Azərbaycanda ilk dəfə olaraq milli cizgi filmi və kitab festivalını təşkil olundu.

Festival 2016-ci il iyun ayının 26-da “ABŞ-da Təhsil Almış Məzunlar” ictimai birliyinin Caspian Biznes Mərkəzində (ünvan: Cəfər Cabbarlı küçəsi, 40, 2-ci mərtəbə)  yerləşən konfrans zalında təşkil olundu. Festivalın rəsmi açılışına Azərbaycanın tanınmış xadimləri, KİV nümayəndələri, biznes qrumlarının təmsilçiləri və mədəniyyət xadimləri dəvət olundu və çıxış üçün onlara söz verildi. Festivalın rəsmi açılışına Azərbaycanın tanınmış incəsənət xadimləri, KİV nümayəndələri, biznes qrumlarının təmsilçiləri və mədəniyyət nümayəndələri qatıldılar. Festivalın əyləncəli hissəsi zamanı isə uşaqlar üçün çizgi filmlərinin nümayişi, kitab yarmarkasının, əyləncəli musiqili yarışların, müxtəlif rəqs proqramlarının, klounların əyləncəli proqramının və s. təşkil olundu. Bununla yanaşı, Festivalda fəal iştirakı ilə fərqlənən 10 nəfər uşaq seçilərək diplomlar və xüsusi hədiyyələr ilə təltif edildilər. Festivalda iştirak edən digər uşaqlara sertifikatlar və hədiyyəlıər təqdim olundu.

Əlavə fotolar bu linkdə: Uşaqlar üçün Çizgi Filmləri və Kitab Festivalı

            



AAA - US-Educated Azerbaijani Alumni Association | © 2006 - 2017

Copyright © All rights reserved.

;