Light it Up Blue Initiative! -World Autism Awareness Day

Wed, 04/06/2016 - 10:13

Dear friends,

World Autism Awareness Day (WAAD), observed on April 2, was adopted by the United Nations in 2007 to shine a bright light on autism as a growing global health priority. Every year on World Autism Awareness Day, Autism Speaks celebrates its international “Light it up Blue” campaign.

Thousands of iconic landmarks, skyscrapers, schools, businesses and homes across the globe unite by shining bright blue lights in honor of the millions of individuals and families affected by autism. Individuals everywhere wear blue in honor of their community.

So here is a call to join this initiative this year in Baku! Please read the announcement below.

Please note that the U.S. Embassy in Baku is joining Light it Up Blue initiative this year and will be lighted up in blue on April 2, 2016 starting from 7.30 pm till midnight.

 

 

Əziz dostlar,

Bu həftəsonu axşam cəmiyyətə xeyir gətirəcək ictimai tədbirdə iştirak etmək istəyirsinizsə bu məlumat sizin üçündür.

2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı hər il 2 aprel tarixini "Ümumdünya Autizm Günü", aprel ayının isə "Autizm ayı" kimi qeyd edilməsini qərara alıb. Bu səbəbdən "Birgə və Sağlam" İctimai Birliyi, “Lider Qadınlar" İctimai Birliyi və İctimai Səhiyyənin İslahatları Mərkəzi ( İSİM) ilə birgə hər il cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi, habelə ictimaiyyətin və hökumətin diqqətinin autik spektr pozğunluqları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltmək məqsədilə həm Autizm Gününü, həm də Autizm Ayını çoxsaylı tədbirlərlə qeyd edir.

Autizm ayı tədbirləri çərçivəsində Bakı Dənizkənarı Bulvarında "Autizm üçün Gəzinti" olacaqdır. Məqsəd ictimaiyyətin diqqətini cəmiyyətimizdə ildən-ilə aktuallaşan autizm probleminə yönəltməkdir. Tədbirə gəzinti və havaya mavi (dünyada autizmin rəngi kimi qəbul edilib) şarların və Çin fənərlərinin buraxılması daxildir. Qurumumuz tərəfindən hazırlanan mavi rəngli köynəkləri geyən dəvətlilər əllərindəki şarlar ilə bulvarın Park Bulvar Ticarət Mərkəzi olan hissəsindəki yerdən Azneft meydanı istiqamətində gəzintiyə başlayacaqlar. Ən son dayandıqları hissədə mavi rəngdə olan şarları və dilək hava fənərlərini havaya buraxıb həmin zaman mavi rəngdə işıqlanacaq olan Alov Qüllələr, Crystal Hall və Qız Qalası önündə çəkiliş olduqdan sonra tədbirimizə son veriləcəkdir. 

2 aprel Autizm günündə saat 18.30-dan 20.30-dək Bakı Dənizkənarı Bulvarında baş tutacaq olan "Autizm üçün Gəzinti"də arzu edən şəxslər iştirak edə bilərlər. Gəzintidə iştirakçı sayı 100 ilə kifayətlədiyi üçün iştirak edə biləcək şəxslərin iştiraklarını öncədən səhifəmizin mesaj bölməsinə yazıb göndərmələri arzu olunandır.

https://www.facebook.com/Aprel-D%C3%BCnya-Autizm-Maarifl%C9%99ndirm%C9%99-ay%C4%B1-286666988157617/?notif_t=fbpage_fan_invite&notif_id=1459407938910009

https://www.facebook.com/events/1135001163199482/



AAA - US-Educated Azerbaijani Alumni Association | © 2006 - 2017

Copyright © All rights reserved.

;