Theatre-based Training on Transparency and Good Governance

Thu, 08/18/2016 - 19:52

“Theatre-based training on transparency and good governance”

was organized for youth and students

Transparency Azerbaijan and the Y-PEER Azerbaijan, The US-Educated Azerbaijani Alumni Association with support from the United States Agency for International Development (USAID), organized 5 days’ theatre-based training to discuss Transparency and Good Governance between 01-05 August. The training was the latest in a series within the Azerbaijan Partnership for Transparency Project designed to facilitate enlightenment among youth on increasing transparency and accountability of government institutions and processes. Speaking at the event, experts and lawyer of Transparency Azerbaijan, Mahammad Muradov, Elvin Yusifli, experts of Y-PEER Azerbaijan, Ramil Zamanov, Sevinj Samadzade, Namiq Abdullayev, Elturan Kazimli and Saadat Abdullazade delivered informative training and provided participants with different knowledge and skills on transparency and good governance.

Youth and students from different universities attended the training, which experts of Transparency Azerbaijan centered on tender, tools to fight against corruption, whistle-blower, and theoretical and empirical knowledge and information how to write applications to the state-agencies, public services. Simultaneously, the trainers improved their theoretical knowledge by proving them with some practical tasks and simulations.  some succeeded to advance theoretical knowledge of youth through practical assignments and task in the training. Moreover, trainers of Y-PEER Azerbaijan provided the youth with skills about social theatre and coordinated preparation of final social theatres on different topics.  

The purpose of the training was to educate youth about theoretical and empirical knowledge on transparency and good governance and put existing problems on the aforementioned topics through social theatre. 

Photo Album: http://aaa.org.az/photoalbum/1309

 

For more information contact Bakhtiyar Aslanov, Project Coordinator at tel: 596 20 38 or 497 68 15, or via e-mail: bakhtiyar@transparency.az

The training is organized in the framework of the public debate component of the “Azerbaijan Partnership for Transparency” (APT) Project and with financial support of the US Agency for International Development (USAID). 

 

*********************************

 

GƏNCLƏR VƏ UNİVERSİTET TƏLƏBƏLƏRİ İLƏ

“ŞƏFFAFLIQ VƏ YAXŞI İDARƏETMƏ MÖVZUSUNDA TEATR ƏSASLI TƏLİM”

KEÇİRİLİB

 “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi “Y-PEER Azerbaijan” və Amerika Təhsilli Azərbaycanlı Məzunlar Assosasiyası ilə birgə Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Şəffaflıq və Yaxşı İdarəetmə mövzusunda teatr əsaslı təlim mövzusunda 01-05 Avqust tarixində 5 günlük təlim keçirib. Təlim Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) Layihəsi çərçivəsində gənclər arasında şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. Tədbirdə “Şəffaflıq Azərbaycan”ın  ekspertləri Məhəmməd Muradov, Elvin Yusufli, hüquqşünası, Aytən Əlizamanlı, “Y-PEER Azerbaijan”-ın təlimçiləri, Ramil Zamanov, Sevinj Samadzadə, Namiq Abdullayev, Elturan Kazımlı və Səadət Abdullazadə tələbələr üçün maarifləndirici və məlumat xarakterli mühazirə deyiblər.

Gənclərin və müxtəlif universitet tələbələrinin iştirakı ilə keçirilən təlimdə gənclərə Şəffaflıq Azərbaycanın ekspertləri şəffaflıq və yaxşı idarəetmə, tender, korrupsiya ilə mübarizə yolları, fit-çalan, şikayət və digər ərizələrin yazılması mövzularında nəzəri və praktiki biliklər verilmişdir. Eyni zamanda, təlimçilər gənclərə müxtəlif praktiki tapşırıqlar verərək onların nəzəri biliklərini praktika yolu ilə daha da təkmilləşdirilməsinə nail olublar. Bundan əlavə, beş gün ərzində Y-PEER Azərbaijan-ın təlimçiləri gənclərə sosial teatr haqqında təlimlər keçmiş və final tamaşaların hazırlanmasını koordinasiya etmişlər.  

Təlimin əsas məqsədi gəncləri şəffaflıq və yaxşı idarəetmə mövzusunda daha dərindən nəzəri və praktiki biliklər aşılamaq, eyni zamanda sosial tamaşalar vasitəsi ilə mövcud problemləri geniş auditoriyaya çıxarmaqdır.

Photo Album: http://aaa.org.az/photoalbum/1309

Daha ətraflı məlumat üçün bakhtiyar@transparency.az ünvanına yazmaqla yaxud  596 20  38 / 497 68 15 nömrələrinə zəng etməklə Layihə Koordinatoru Bəxtiyar Aslanov ilə əlaqə saxlaya bilərsiniz.

Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (APT) layihəsinin İctimai müzakirələr komponenti çərçivəsində keçirilir.



AAA - US-Educated Azerbaijani Alumni Association | © 2006 - 2017

Copyright © All rights reserved.

;