Call for Articles - Baku Law Journal

Əziz dostlar! 

Nəhayət bir müddət fasilədən sonra Bakı Hüquq Jurnalının növbəti sayının buraxılışına hazırıq.

Bu gündən məqalələrin yığımına start verilir. Jurnalın növbəti buraxılışının çapı Dekabr ayının sonuna planlaşdırılır.

Məqalənizi editor.journal@aaa.org.az - elektron ünvanına göndərməyinizi xahiş edirik!

Məqalələri elektron versiyada Word(.doc.docx və s.) formatında təqdim etməyi xahiş edirik. Jurnalımızda aşağıdakı mövzular ətrafında olan məqalələrin çapına üstünlük veriləcək:

- Azərbaycan mülki, mülki-prosesual, alternativ məhkəmə (arbitraj) , korporativ, vergi, müqavilə və əmək hüququ sahələrinə aid məsələlər, təcrübə və mövcud problemlər haqqında.

- Yuxarıda qeyd edilən sahələrə aid yerli məhkəmə mübahisələri və qətnamələrinin analizi və təhlili

- Qanuvericiliyinin təkmilləşidirilməsinə dair araşdırma və təkliflər.

- Müxtəlif hüquqi prinsiplərin təhlili.

- Xarici ölkələrin hüquq təcrübələrinin işıqlandırılması.

Məqalələr Azərbaycan dilində təqdim edilməlidir və istifadə olunan ədəbiyyat barədə məlumat və müvafiq istinadlar verilməlidir.

Xatırlatmaq istərdik ki, Bakı Hüquq Jurnalı tam pulsuz yayılır və məqalənin jurnalda çap olunması üçün müəlliflərdən heç bir ödəniş tələb olunmur.

Jurnal sponsorluq dəstəyini göstərən şirkət və təşkilatların köməyi ilə fəaliyyət göstərir.

Bütün sual və təkliflərinizi bu email-ə göndərə bilər bilərsiniz – editor.journal@aaa.org.az

Section: 
Ongoing Projects


AAA - US-Educated Azerbaijani Alumni Association | © 2006 - 2017

Copyright © All rights reserved.

;